Əlixan Musayev:
Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
Слово твоего Господа исполнилось правдиво и справедливо! Никто не изменит Его Слов. Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Rəbbinin sözü doğru və ədalətli olaraq tamamlanmışdır. Onun sözlərini dəyişdirə bilən heç kəs yoxdur. O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Rəbbinin sözü sədaqətlə və ədalətlə tamamlandı. Onun sözlərini dəyişdirəcək kimsə yoxdur. O, ən yaxşı eşidən və ən yaxşı biləndir.
Ələsgər Musayev:
Tabe ol Rəbbin tərəfindən sənə öyrədilənə: «Yoxdur ilahi, ancaq Odur!» və üz döndər müşriklərdən.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
Kövsər Tağıyev:
Rəbbinin sözü (Qur`an) doğruluq və ədalət baxımından tamdır. Onun sözlərini dəyişdirə biləcək biri yoxdur. O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbinin kəlamı sidq və ədalətlə tamamlandı. Onun kəlamlarini dəyişən olmaz. O, eşidəndir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Və Rəbbinin sözü həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək biri yoxdur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.