Nəhl Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.
Bünyadov-Məmmədəliyev:
Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!
Elmir Quliyev :
Не изрекайте своими устами ложь, утверждая, что это дозволено, а то запретно, и не возводите навет на Аллаха. Воистину, не преуспеют те, которые возводят навет на Аллаха.
Ələddin Sultanov:
Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, - deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar!
Kerbelayi Malik ağa:
Allaha yalan ilə iftira atmaq üçün dillərinizin vəsfləndirməsi ilə ‘bu halaldır, bu haramdır’ deyə yalan danışmayın. Şübhəsiz ki, Allaha yalan ilə iftira atanlar fəlaha (qurtuluşa) ərə bilməzlər.
Ələsgər Musayev:
Dillərinizlə vəsf edərək yalandan deməyin ki: «Bu, halaldır bu, haramdır!», ta Allahın üzərinə iftira edəsiniz yalanı. Həqiqətən, o kəslər ki, Allahın üzərinə iftira edirlər yalanı, nicat tapmayacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.
Kövsər Tağıyev:
Dillərinizin yalana vərdiş etməsindən dolayı Allaha qarşı yalan uydurmaq üçün “Bu halaldır”, “Bu haramdır” deməyin. Şübhəsiz, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Dilinizin yalan olaraq işlətdiyi: "Bu haramdır, bu isə halal!" - sözləri ilə Allaha qarşı iftira deməyin. Allaha qarşı iftira deyənlər xeyir tapmazlar.
Sabirə Dünyamalıyeva:
öz dillərinizin yalan danışmasıyla Allaha iftira atmaq üçün, "Bu halaldır, bu haramdır!" deməyin. Şübhəsiz ki, Allaha iftira atan kəslər nicat tapmazlar.