Bəqərə Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Allah (Özünə) övlad götürmüşdür!” Hal-buki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə yerdə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.
Bünyadov-Məmmədəliyev:
(Yəhudilər, xaçpərəstlər müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib nöqsanlardan xalidir). Bəli, göylərdə yerdə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!
Elmir Quliyev :
Они сказали: "Аллах взял Себе сына". Пречист Он! Напротив, Ему принадлежит то, что на небесах и земле. Ему одному все покоряются.
Ələddin Sultanov:
Onlar: “Allah Özünə övlad götürmüşdür”, - dedilər. O, pakdır (bu kimi sifətlərdən uzaqdır). Göylərdə yerdə varsa, hamısı Onundur. Hər bir şey Ona itaət edir.
Kerbelayi Malik ağa:
'Allah övlad götürmüşdür.' dedilər. O, bundan uzaqdır (Sübhandır). Xeyr, göylərdə yerdə varsa hamısı Onundur. Hamısı da Ona boyun əymişdir (əmrinə tabedir).
Ələsgər Musayev:
Dedilər: «Götürdü Allah övlad». Sübhandır OBəli! Onun üçündür ki, səmalarda ərzdə varKülli Onun üçün itaətdədir!
A.Mehdiyev və D.Cəfərli:
(kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər mülkiyyət sahibinin ona ehtiyacı var?)
Kövsər Tağıyev:
“Allah övlad götürdü”, dedilər.3 O, bundan uzaqdır. Xeyr! Göylərdəki yerdəki hər şey Allahındır. Hamısı ona boyun əymişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: "Allah özünə bir övlad götürmüşdür" söylədilər. Onun şəninə təriflər olsun ! Axı göylərdə yerdə onların hamısı Ona məxsusdur, hər şey Ona baş əyir !
Sabirə Dünyamalıyeva:
Bir onlar, "Allah Özünə övlad götürdü" dedilər. -O, onların yaraşdırdıqları bütün nöqsanlıqlardan pakdır.- Əksinə, göylərdə yer üzündə varsa, yalnız Onundur. Hamısı Onun qarşısında daim itaətkar dayanmışdır.