Taha Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) imtina etdi.
Bünyadov-Məmmədəliyev:
Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
Elmir Quliyev :
Вот сказали Мы ангелам: "Падите ниц перед Адамом!" Они пали ниц, и только Иблис отказался.
Ələddin Sultanov:
Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
Kerbelayi Malik ağa:
Mələklərə: ‘Adəmə (ə.s) səcdə edin!’ demişdik. İblis xaric, dərhal səcdə etdilər. O (iblis), imtina etdi (səcdə etmədi).
Ələsgər Musayev:
Onda dedik mələklərə: «Səcdə edin Adam üçün!» İblisdən başqa hamısı səcdə etdi. O imtina etdi.
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.
Kövsər Tağıyev:
Bir vaxt mələklərə: “Adəm üçün ehtiramla baş əyin”, demişdik, İblisdən başqa mələklər dərhal ehtiramla baş əymişdilər. İblis bundan boyun qaçırmışdı.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz mələklərə dedik: "Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, tək iblisdən başqa. O imtina etdi.
Sabirə Dünyamalıyeva:
Biz bir zaman təbiət qüvvələrinə, "Adəmə boyun əyib tabeçilik göstərin!" dedik, İblis/düşüncə bacarığı xaric olmaqla, hamısı boyun əyib tabeçilik göstərdilər, o inad etdi.