Əlixan Musayev:
Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
Elmir Quliyev
:
Они сказали: "О Нух (Ной)! Если ты не прекратишь, то непременно окажешься одним из тех, кого побили камнями".
Ələddin Sultanov:
Onlar: “Ey Nuh! Əgər bundan vaz keçməsən, daşqalaq ediləcəksən!” - dedilər.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Ey Nuh! Əgər sən həqiqətən (bizi xəbərdar etməkdən) vaz keçməzsənsə, sən mütləq daşqalaq olunanlardan olacaqsan.’
Ələsgər Musayev:
Dedilər: «Əgər son qoymasan, ay Nuh, olacaqsan daşqalaq edilənlərdən».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Nuh! (Bu işdən) əl çəkməsən, mütləq daşlananlardan olacaqsan!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Əgər sən (bu söz-söhbəti) qurtarmasan, ey Nuh, daşqalaq olunacaqsan."
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: “Ey Nuh! Əgər əl çəkməsən, yaxşı bil ki,