Əlixan Musayev:
Onlar Allahı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.
Bünyadov-Məmmədəliyev:
(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.
Elmir Quliyev
:
Они взывают вместо Аллаха лишь к существам женского рода. Они взывают лишь к мятежному дьяволу.
Ələddin Sultanov:
Onlar Allahı qoyub yalnız dişilərə (dişi bütlərə) dua edir və inadkar şeytandan diləyirlər.
Kerbelayi Malik ağa:
Onlar ancaq Allahdan başqa qadın bütlərə (qadın adı verdikləri bütlərə) tapınarlar. Ancaq üsyankar şeytanı çağırarlar.
Ələsgər Musayev:
Əgər
çağırılar Ondan başqa, ancaq insanları və əgər çağırırlar,
ancaq inadcıl şeytanı.
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər.
Kövsər Tağıyev:
Onlar Allahı buraxıb ancaq dişilərə tapınırlar. Halbuki (əslində) azğın bir şeytana sitayiş edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allaha deyil, ancaq qadın bütlərə ibadət edirlər, onlar ancaq inadkar şeytana ibadət edirlər.
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın altındakılardan, yalnız dişilərə yalvarırlar [ibadət edirlər]. Və onlar ancaq inadkar şeytana yalvarırlar [ibadət edirlər].