Nisa Surəsi 118. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.
Bünyadov-Məmmədəliyev:
Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.
Elmir Quliyev :
Аллах проклял его, и он сказал: непременно заберу назначенную часть Твоих рабов.
Ələddin Sultanov:
Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, qullarından müəyyən bir qismini ələ keçirəcəyəm.
Kerbelayi Malik ağa:
Allah ona (şeytana) lənət etdi. (Şeytan) belə dedi: ‘Mən mütləq Sənin qullarının müəyyən bir hissəsini əldə edəcəm.’
Ələsgər Musayev:
Lənət etdi ona Allah. Dedi: Mən mütləq ələ alaram Sənin bəndələrinin müəyyən bir qismini.
A.Mehdiyev və D.Cəfərli:
Allah ona lənət etdi onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir fasiqlər, axirətdə isə müqəssir kafirlər şəfaətin şamil olmadığı fasiqlər onundur.)
Kövsər Tağıyev:
Allah o şeytana lənət etdi o da: “And olsun ki, sənin qullarından, əlbəttə, müəyyən bir pay alacağam”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onu [şeytanı] lənətlədi. O isə dedi: "And olsun ki, mən sənin bəndələrindən lazımi bir hissəni mütləq ələ alacağam,
Sabirə Dünyamalıyeva:
Allah İblisi uzaqlaşdırdı. İblis, "Əlbəttə Sənin qullarından müəyyən bir pay alacağam,