Əlixan Musayev:
Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, (bütün) bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək.
Bünyadov-Məmmədəliyev:
Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Воистину, твой Господь прощает и милует тех, кто совершил злодеяние по незнанию, но после этого раскаялся и исправил содеянное.
Ələddin Sultanov:
Həqiqətən, Rəbbin cahillikləri səbəbilə pis iş görüb, sonra tövbə edərək özlərini islah edənləri - (bütün) bunlardan sonra bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Sonra şübhəsiz ki, sənin Rəbbin cahilliklə pislik edib sonra bunun ardından tövbə edib islah olanlar (nəfslərini islah edənlər) üçün ondan sonra mütləq Ğafurdur və Rəhimdir.
Ələsgər Musayev:
Sonra, həqiqətən, Rəbbin o kəslər üçün ki, cəhalət
üzündən pis əməl etdilər və bundan sonra qayıtdılar və islah
etdilər, həqiqətən, Rəbbin bundan sonra Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Sonra şübhəsiz ki, Rəbbin cahillik səbəbi ilə pis iş görən, sonra bunun ardından tövbə edən və özünü düzəldənlərin yanındadır. Şübhəsiz, Rəbbin bundan sonra da, əlbəttə, çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Sənin Rəbbin bilmədən pis iş tutan, bundan sonra isə tövbə edərək islah olanlar üçün bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Sonra həqiqətən, sənin Rəbbin, bir cahilliklə günah işləyən, sonra bunun ardınca tövbə edən və düzəldən kəslər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra həqiqətən çox bağışlayan və çox mərhəmət edəndir.