Bəqərə Surəsi 119. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səni haqq ilə müjdələyən xəbərdarlıq edən (bir peyğəmbər) göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə (kafirləri) qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.
Elmir Quliyev :
Мы отправили тебя с истиной добрым вестником и предостерегающим увещевателем, и ты не будешь спрошен об обитателях Ада.
Ələddin Sultanov:
Biz səni müjdələyən xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Cəhənnəm əhli barəsində isə sorğu-suala tutulmayacaqsan.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz səni haqq ilə müjdələyici xəbərdaredici olaraq göndərdik. Əshabi cəhimdən (cəhənnəmliklərdən) sən sorğu-sual olunmayacaqsan.
Ələsgər Musayev:
HəqiqətənBiz göndərdik səni haqq ilə bəşarət verən nəzərə çatdıran sual olunmayacaqsan əshabından cəhənnəmin.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz səni haqq doğru olaraq müjdə verən qorxudan kimi göndərdik sən (risaləti çatdırdıqdan dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan.
Kövsər Tağıyev:
Şübhəsiz ki, biz səni haqq ilə müjdələyən xəbərdar edən olaraq göndərdik. Sən cəhənnəmlik olanlar barəsində məsul tutulmayacaqsan.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səni haqla (Quranla) birlikdə müjdəçi xəbərdarlıq edən sifətilə göndərdik. Cəhənnəmlik olanlara görə sən sorğu-suala tututlmayacaqsan.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz səni haqq ilə müjdələyən xəbərdarlıq edən biri olaraq göndərdik. Sən, cəhənnəm əhli üçün məsuliyyət daşımırsan.