Ali-İmran Surəsi 119. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanır-sınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.
Elmir Quliyev :
Вот вы любите их, а они вас не любят. И вы верите во все Писания. Когда они встречаются с вами, то говорят: "Мы уверовали". Когда же остаются одни, то кусают кончики пальцев от злобы к вам. Скажи: "Умрите от своей злобы! Аллаху известно о том, что в груди".
Ələddin Sultanov:
Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, - deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən ba­rmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah ürəklərdə olanları biləndir.
Kerbelayi Malik ağa:
Siz (möminlər) beləsiniz, siz onları sevərsiniz, onlar sizi sevməzlər siz kitabın tamamına (bütününə) iman edirsiniz. Sizinlə qarşılaşınca ‘Biz iman etdik.’ dedilər, yalnız qaldıqları zaman sizə qarşı qəzəblərindən barmaq uclarını dişlədilər. De ki: ‘Qəzəbinizdən ölün.’ Şübhəsiz ki, Allah sinələrdə olanı ən yaxşı biləndir.
Ələsgər Musayev:
Hə, siz o kəslərsiniz ki, sevirsiniz onları onlar isə sizi sevməzlər siz inanırsınız kitab ilə küllisiylə onun. Onda ki, görüşürlər sizinlə, deyirlər: «Biz inandıq!» Onda ki, keçib gedərlər, hirslərindən dişləyirlər barmaqlarını. De: «Ölün hirsinizlə! Həqiqətən, Allah Alimdir zatı ilə ürəklərin!»
A.Mehdiyev və D.Cəfərli:
Budur, sizin butun (s?mavi) kitablara (h?tta onlar?n kitab?na) iman?n?z?n olmas?na (onlar?n is? sizin kitab?n?za imanlar?n?n olmamas?na) baxmayaraq onlar? sev?n (yen? d?) sizsiniz v? onlar sizi sevmirl?r. Sizinl? gorusdukl?ri zaman «iman g?tirdik» deyirl?r. Bir-birl?ri il? x?lv?t? c?kildikl?ri zaman is?, siz? qars? olan q?z?bl?rinin coxlugundan barmaqlar?n?n ucunu g?mirirl?r. De: «Ac?g?n?zdan olun! H?qiq?t?n Allah ur?kl?rd? olan? bil?ndir.»
Kövsər Tağıyev:
Siz elə kimsələrsiniz ki, onları sevərsiniz. Onlar isə bütün kitablara iman etdiyiniz halda sizi sevməzlər. Onlar sizinlə qarşılaşdıqları zaman: “İnandıq”, deyərlər. Ancaq təklikdə qaldıqları zaman sizə qarşı kinləri səbəbi ilə barmaqlarını gəmirərlər. De ki: “Hirsinizdən ölün!” Şübhəsiz, Allah sinələrin özünü (qəlblərdə olanı) bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bax siz o kəslərsiniz ki, onları sevir, onlar isə sizi sevmirlər. Siz Kitabın hamısına inanırsınız. Onlar sizə rast gələndə: "Biz iman gətirdik !”- deyirlər, xəlvətə çəkiləndə isə sizə olan kinlərindən barmaqlarını gəmirirlər. De: "Hikkənizdən gəbərin!" Həqiqətən, Allah ürəklərdə olanları bilir.
Sabirə Dünyamalıyeva:
Siz o kimsələrsiniz ki, onları sevirsiniz, halbuki onlar sizi sevmirlər, siz kitabın hamısına inanırsınız, onlarsa sizinlə görüşdükləri zaman: "İman gətirdik" deyirlər, [bir-birləri ilə] xəlvətdə qaldıqları zaman isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De ki: "Kininizlə ölün/gəbərin!" Şübhəsiz ki, Allah sinələrin içini/könülləri ən yaxşı biləndir.