Yunus Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
Bünyadov-Məmmədəliyev:
İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
Elmir Quliyev :
Когда человека поражает горе, он взывает к Нам и лежа на боку, и сидя, и стоя. Когда же Мы избавляем его от напасти, он проходит, словно никогда не взывал к Нам по поводу постигшего его несчастья. Вот как приукрашено для тех, кто излишествует, то, что они совершают.
Ələddin Sultanov:
İnsana bir ziyan dəydiyi zaman uzanaraq ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
Kerbelayi Malik ağa:
İnsana bir sıxıntı (müsibət, çətinlik) gəldiyi zaman yatarkən, oturarkən ya ayaqdaykən Bizə dua edər. Lakin, onu sıxıntıdan qurtardığımız zaman sanki ona üz vermiş sıxıntıya görə Bizə dua etməmiş kimi dönüb gedər. Beləcə müsriflərə (həddi aşanlara) etdikləri əməllər gözəl göstərildi.
Ələsgər Musayev:
Onda ki, insana zərər toxundu, o halda ki, bir yanı üstə uzanıb, ya oturub, ya ayaq üstə durub Bizi çağırar. Amma elə ki, Biz şəfa etdik ondan zərərini, elə gedər ki, sanki Bizi o zərərdən ötrü ki, ona toxunmuşdu, çağırmayıb. Belə zinətləndi israfkarlar üçün etdikləri əməllər!
A.Mehdiyev və D.Cəfərli:
İnsana bir çətinlik ziyan yetişən zaman (bütün hallarda) böyrü üstə yatanda, oturanda, ayaq üstə (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik ziyanı ondan götürürük Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir.
Kövsər Tağıyev:
İnsana bir sıxıntı toxunan zaman uzanarkən də, oturarkən də, ayaq üstə ikən (hər halında bu sıxıntıdan xilas olmaq üçün) bizə dua edər. Amma biz onun sıxıntısını qaldıran kimi sanki özünə toxunan bir sıxıntı üçün bizə heç yalvarmamış kimi çıxıb gedər. Etdikləri şeylər o həddi aşanlara belə süslü (xoş) göstərilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsana bir xətər toxunduqda, böyür üstə [uzanmış vəziyyətdə] də, oturmuş vəziyyətdə də, ayaq üstə Bizi çağırar. Biz xətəri ondan sovuşdurduqda isə o çıxıb gedər, sanki Bizi ona toxunmuş xətərə görə heç çağırmamışdı. Tutduqları əməllər həddini aşanlar üçün belə bəzədilmişdir!
Sabirə Dünyamalıyeva:
insana bir çətinlik üz verdikdə uzananda da, oturanda da, ayaq üstündə olanda da Bizə həqiqətən yalvarır. Çətinliyini aradan götürdükdən sonra da, sanki o çətinlik üçün Bizə heç yalvarmayıbmış kimi laqeydliklə keçib gedər. Həddini aşanların etdikləri işlər, onların gözünə belə bəzəkli göstərilər.