Əlixan Musayev:
(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə sizə şimşək göstərən və (yağış dolu) ağır buludları var edən Odur.
Bünyadov-Məmmədəliyev:
Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.
Elmir Quliyev
:
Он — Тот, Кто показывает вам молнию, чтобы вы боялись и надеялись, и создает тяжелые тучи.
Ələddin Sultanov:
Sizi qorxutmaq məqsədilə və (yağışı) ümid edəsiniz deyə, şimşəyi göstərən və ağır buludları meydana gətirən Odur.
Kerbelayi Malik ağa:
Sizə şimşəyi qorxu və ümid üçün göstərən və (yağış) yüklü buludları vücuda gətirən Odur.
Ələsgər Musayev:
O – Odur ki, göstərir sizə bərqi xof və tamah üçün. Ağır buludları hərəkətə gətirir.
A.Mehdiyev və D.Cəfərli:
(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!
Kövsər Tağıyev:
O, qorxu və ümid vermək üçün sizə şimşəyi göstərəndir, yağmur dolu buludları yaradandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz qorxu və ümid içərisində ikən (yağmur yüklü) ağır buludları yaradan Odur.
Sabirə Dünyamalıyeva:
O, sizə qorxu və ümid içində şimşəyi göstərən və yağış gətirən buludları meydana çıxarandır.