Kəhf Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra iki dəstədən hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.
Bünyadov-Məmmədəliyev:
Sonra iki tayfadan (möminlərdən kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.
Elmir Quliyev :
Потом Мы разбудили их, чтобы узнать, какая из двух партий точнее подсчитает, какой срок они пробыли там.
Ələddin Sultanov:
Sonra da iki qrupdan hansının, (yuxulayıb) qaldıqları müddəti daha düzgün hesablayacağını bilmək (görmək) üçün onları oyandırdıq.
Kerbelayi Malik ağa:
Sonra iki dəstədən hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları bəas etdik (oyandırdıq).
Ələsgər Musayev:
Sonra qaldırdıq onları məlum etmək üçün ki, o iki dəstədən hansı biri mağarada qaldıqları müddəti dürüst hesab edəcək.
A.Mehdiyev və D.Cəfərli:
Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.
Kövsər Tağıyev:
Sonra onları oyandırdıq ki, iki zümrədən hansının gözlədikləri müddəti daha yaxşı hesabladığını bilək.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə Biz o iki dəstədən hansının (orada) qaldığı müddəti daha düz hesabladığını bilmək üçün onları ayıltdıq.
Sabirə Dünyamalıyeva:
Sonra da iki firqədən hansının, gözlədikləri müddəti daha yaxşı hesapladığını bildirək/işarələyib göstərək deyə Rəqim/Kitabə əhlini göndərdik.