Məryəm Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan möhkəm yapış!”(–) (deyə )(vəhy etdik.) Biz uşaq ikən ona hikmət bəxş etik.
Bünyadov-Məmmədəliyev:
(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
Elmir Quliyev :
О Йахья (Иоанн)! Крепко держи Писание. Мы одарили его мудростью, пока он был еще ребенком,
Ələddin Sultanov:
“Ey Yəhya! Kitabdan (Tövratdan)möhkəm yapış!” O hələ uşaq ikən Biz ona hikmət (peyğəmbərlik) verdik.
Kerbelayi Malik ağa:
‘Ey Yəhya! Kitaba möhkəm sarıl!’ Biz ona kiçik yaşda hikmət verdik.
Ələsgər Musayev:
«Ay Yəhya, kitabdan qüvvətlə yapış!» Əta etdik ona hikməti uşaq ikən
A.Mehdiyev və D.Cəfərli:
(Beləliklə ona Yəhyanı əta etdik dedik:) Ey Yəhya, kitabı (Tövratı ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini peyğəmbərlik) əta etdik.
Kövsər Tağıyev:
(Yəhya dünyaya gəlib böyüdükdə onu peyğəmbər etdik ona:)
M.Qənioğlu və T.Bilaloğlu:
(Yəhya anadan olduqdan sonra Allah ona belə bir vəhy etdi:) "Ey Yəhya, Kitabdan möhkəm yapış!" Hələ uşaq ikən ona hikmət verdik,
Sabirə Dünyamalıyeva:
Ey Yəhya! Kitabı möhkəm tut! O, xarab dini tərk edən biri ikən Biz ona qanun, mərhəmət saflıq əta etdik