Şüəra Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
Elmir Quliyev :
Он сказал: "Господи! Я боюсь, что они сочтут меня лжецом,
Ələddin Sultanov:
Musa dedi: “Ey Rəbbim! Məni təkzib etmələrindən qorxuram.
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Rəbbim, şübhəsiz ki, mən məni təkzib etmələrindən qorxuram.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Xoflanıram ki, məni yalançı saysınlar
A.Mehdiyev və D.Cəfərli:
(Musa) dedi: «Ey Rəbbim, doğrusu qorxuram ki, məni təkzib etsinlər».
Kövsər Tağıyev:
Musa belə dedi: “Ey Rəbbim! Həqiqətən, mən onların məni təkzib edəcəklərindən qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: “Rəbbim, qorxuram ki, onlar məni yalançı hesab edələr,
Sabirə Dünyamalıyeva:
Musa: “Rəbbim! Şübhəsiz ki, mən məni yalan saymalarından qorxuram.