Əlixan Musayev:
Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyillər. Şübhəsiz ki, onlar yalançıdırlar.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!
Elmir Quliyev
:
Неверующие говорят тем, которые уверовали: "Следуйте нашим путем, и мы возьмем на себя ваши грехи". Они не возьмут на себя даже части их грехов. Воистину, они — лжецы.
Ələddin Sultanov:
Kafirlər möminlərə: “Bizim yolumuza tabe olun! Sizin günahlarınızı da biz daşıyaq”, - dedilər. Halbuki onların heç bir günahını daşıyası deyillər. Həqiqətən, onlar yalançıdırlar.
Kerbelayi Malik ağa:
İnkar edənlər amənu olanlara: ‘Bizim yolumuza tabe olun. Sizin günahlarınızı öz üstümüzə götürək.’ dedilər. Onlar digərlərinin günahlarından bir şeyi üstlərinə yüklənəcək deyillər. Şübhəsiz ki, onlar yalançılardır.
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər, dedilər o kəslərə ki, inanırlar: «Tabe olun bizim yolumuza, biz sizin xətalarınızla yüklənərik». Onlar yüklənməzlər onların xətalarından bir şeylə. Həqiqətən, onlar yalançıdırlar!
A.Mehdiyev və D.Cəfərli:
Və (Məkkə müşriklərindən) kafir olanlar iman gətirənlərə dedilər: «Siz bizim yolumuza tabe olun ki, (əgər axirət və cəza olmuş olsa) biz sizin günahlarınızı öz öhdəmizə (boynumuza) götürərik». Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyillər. Onlar, həqiqətən, yalançıdırlar.
Kövsər Tağıyev:
İnkar edənlər iman edənlərə: “Bizim yolumuza tabe olun ki, sizin günahlarınızı yüklənək”, – deyirlər. Halbuki onların günahlarından heç birini yüklənən deyillər. Şübhəsiz, onlar yalançılardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər iman gətirənlərə deyərlər: "Siz də bizim yolumuzla gedin ki, biz sizin günahlarınızı öz üzərimizə götürək" Lakin bunlar onların heç bir günahını üzərlərinə götürüb daşıyan deyildirlər. Bunlar yalan deyirlər.
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], möminlərə: "Bizim yolumuza tabe olun, həqiqətən sizin xətalarınızı/günahlarınızı öz üstümüzə götürək" dedilər. Halbuki onların səhvlərindən, nə olursa olsun heç bir şeyi onlar daşıyası deyillər. Onlar, şübhəsiz ki, yalançıdırlar.