Yasin Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etmiş olduqlarını qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.
Elmir Quliyev :
Воистину, Мы оживляем мертвых и записываем то, что они совершили, и то, что они оставили после себя. Всякую вещь Мы подсчитали в ясном оригинале (хранимой скрижали).
Ələddin Sultanov:
Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz ölüləri dirildərik. Təqdim etdiklərini onların əsərlərini yazarıq. Hər şeyi İmamı Mübində (açıq-aşkar bir rəhbərdə) təsbit etdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz həyat veririk ölülərə yazırıq, nəki onlar hazırlayıblar qabaqcadan onların əsərlərini Biz külli şeyi qeyd etdik aşkar imamda.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, ölüləri dirildən onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
Kövsər Tağıyev:
Sən ancaq Zikrə (Qur`ana) tabe olanı görmədiyi halda Rəhmandan qorxan kimsəni xəbərdar edə bilərsən. Sən onu bir bağışlanma gözəl bir mükafatla müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Ölüləri həqiqətən ancaq Biz dirildirik, onların əvvəllər etdiklərini qoyduqları izləri Biz qeydə alırıq. Biz hər şeyi aydın Kitabda [Lövhü-Məhfuzda] hesaba almışıq.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, ölüləri dirildən ancaq Bizik. Onların əvvəlcədən edib göndərdiklərini [qoyub getdikləri] izləri yazırıq. Onsuz da Biz hər şeyi bir "açıq-aşkar yol göstərəndə/Quranda" sayıb hesablamışıq.