Əlixan Musayev:
Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da (elçiləri) yalançı saymışdılar.
Bünyadov-Məmmədəliyev:
Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Firon da (peyğəmbərləri) təkzib etmişdi.
Elmir Quliyev
:
До них посланников сочли лжецами народ Нуха (Ноя), адиты и Фараон, владыка кольев,
Ələddin Sultanov:
Onlardan əvvəl Nuh qövmü, Ad qövmü və dirəklər sahibi Firon da (peyğəmbərləri) yalanlamışdı. (Bu ayədə Firon üçün “dirəklər sahibi” deyilməsi ona görədir ki, o, işgəncə vermək istədiyi kimsənin əllərini və ayaqlarını dörd dirəyə bağlatdırıb ona işgəncə verirdi.)
Kerbelayi Malik ağa:
Onlardan əvvəl Nuhun (ə.s) qövmü, Ad qövmü və sütunlar sahibi Firon da yalanlamışdı.
Ələsgər Musayev:
Kafir oldular Onun ilə və sonra biləcəklər.
A.Mehdiyev və D.Cəfərli:
Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.
Kövsər Tağıyev:
Yoxsa göylərin, yerin və ikisi arasındakıların hökmranlığı onlarındır? Elə isə səbəblərdən yapışıb yüksəlsinlər (görək!)
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəl də Nuh camaatı, Ad da, çarmıxlar sahibi Firion da (peyğəmbərləri) yalan hesab etdi.
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəl Nuhun qövmü, Ad, dirəklər sahibi; möhtəşəm orduları olan/görülməmiş işgəncələr edən Firon,