Əlixan Musayev:
O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür.
Bünyadov-Məmmədəliyev:
Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”
Elmir Quliyev
:
Он сотворил их семью небесами за два дня и внушил каждому небу его обязанности. Мы украсили нижнее небо светильниками и оберегаем его (или для оберегания его). Таково предопределение Могущественного, Знающего".
Ələddin Sultanov:
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.
Kerbelayi Malik ağa:
Beləcə onları iki gündə yeddi qat göy olaraq yaratdı. Hər göy qatına öz əmrini vəhy etdi. Dünya səmasını qəndillərlə mühafizə edərək bəzədik. Bu, Əziz və Alim olan Allahın əzəli hökmüdür.
Ələsgər Musayev:
Və etdi onlardan yeddi səma iki gündə. Vəhy etdi
küllisində səmanın öz işini. Və zinətli etdik Biz dünyanın yaxın
səmasını çıraqlarla və mühafizə üçün. Belədir təqdiri Əzizin,
Alimin».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.
Kövsər Tağıyev:
Beləliklə, onları iki gündə (iki mərhələdə) yeddi göy olaraq yaratdı və hər göyə öz işini bildirdi. Ən yaxın göyü qəndillərlə bəzədik və onu qoruduq. Bax bu, mütləq güc sahibi və haqqı ilə bilən Allahın təqdiridir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, iki günə onu [səmanı] yeddi qat göy etdi və hər göyə onun öz işini təlqin etdi. Biz ən yaxın göyü çıraqlarla bəzədik və hifz etdik. Bu, qüdrətli, hər şeyi bilən (Allahın) təqdiridir [hökmüdür]!"
Sabirə Dünyamalıyeva:
Beləliklə, Allah, onları iki mərhələdə yeddi göy olmaq üzrə gerçəkləşdirdi və hər göyün öz işini onun içinə yüklədi. Biz ən yaxın göyü qəndillərlə və mühafizə ilə bəzədik. Bax bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, çox yaxşı bilənin nizamlamasıdır.