Casiyə Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gəmilərin Onun əmri ilə dənizdə üzməsi sizin Onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
Gəmilərin Onun əmri ilə dənizdə üzməsi sizin Onun lütfündən (orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!
Elmir Quliyev :
Аллах Тот, Кто подчинил вам море, чтобы корабли плыли по нему по Его воле и чтобы вы искали Его милость. Быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Əmri ilə gəmilərin üzməsi sizin Onun lütfündən ruzi axtarmağınız şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır.
Kerbelayi Malik ağa:
Gəmilərin Onun əmri ilə dənizdə üzməsi sizin Onun fəzlindən istəməyiniz üçün sizə tabe edən Allahdır. Bəlkə siz şükür edərsiniz.
Ələsgər Musayev:
Allah Odur ki, ram etdi sizin üçün dənizi, cari olması üçün gəmilərin onda əmri ilə Onun axtarmanız üçün Onun fəzlindən, ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Allah gəmilərin Onun əmri ilə dənizdə üzmələri həmçinin sizin Onun lütfünü (qurudakı sudakı) nemətlərini diləməyiniz üçün (nəhayət) bəlkə şükr etdiniz deyə (suya xüsusi təbiət genişlik bəxş etməklə) dənizi sizin xeyirinizə ram edəndir.
Kövsər Tağıyev:
Allah, əmri ilə içində gəmilərin üzüb getməsi, onun lütfünü axtarmanız şükür etməniz üçün dənizi sizə ram edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Gəmilər orada Onun əmri ilə üzsün deyə siz Onun müjdəsindən nəsibinizi axtarasınız deyə dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə siz şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
Allah, içində gəmilərin üzməsi, sizin Onun nemətlərindən ruzi axtarmanız sizə verilən nemətlərin əvəzini ödəməniz üçün dənizi sizə ram edən/istifadənizə uyğun şəkildə xassədə yaradandır.