Əlixan Musayev:
Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, (əvvəlkiləri) təsdiq edən bir Kitabdır.
Bünyadov-Məmmədəliyev:
Ondan (Qurandan) əvvəl Musanın (İsrail oğullarına, möminlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Quran özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!
Elmir Quliyev
:
До него было Писание Мусы (Моисея), которое было руководством и милостью. А это Писание на арабском языке, подтверждающее предыдущие Писания, ниспослано для того, чтобы предостеречь тех, которые поступают несправедливо, и обрадовать творящих добро.
Ələddin Sultanov:
Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
Kerbelayi Malik ağa:
Ondan (Qurandan) əvvəl imam və rəhmət olaraq Hz. Musanın kitabı (Tövrat) vardır. Bu, Ərəb dili ilə (Hz. Musanın kitabını) təsdiq edən bir kitabdır. Zalımları xəbərdar etmək və muhsinləri müjdələmək üçündür.
Ələsgər Musayev:
Və
ondan qabaq Musanın kitabı ki, imamdır və rəhmətdir. Bu kitab
– təsdiq edir ərəb dilində, nəzərinə çatdırması üçün o kəslərin
ki, zalimdirlər və bəşarət yaxşılar üçün.
A.Mehdiyev və D.Cəfərli:
(O necə uydurma ola bilər) halbuki ondan qabaq Musanın (səma) kitabı (cəmiyyətin) rəhbər(i) və mərhəmət (idi). Və bu (Qur'an Musanın kitabını) ərəbcə təsdiqləyən bir kitabdır ki, zülm edənləri qorxutsun və yaxşı əməl sahibləri üçün bir müjdə olsun.
Kövsər Tağıyev:
Bundan əvvəl bir rəhbər və bir rəhmət olaraq Musanın kitabı da vardı. Bu isə onu təsdiqləyən və zülm edənləri xəbərdar etmək, yaxşılıq edənlərə müjdə olmaq üzrə ərəbcə endirilmiş bir kitabdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ondan əvvəl Musanın kitabı [Tövrat] bir yol göstəricisi və mərhəmət olaraq (göndərilmişdi). Bu isə haqsızlıq edənlərə xəbərdarlıq etmək üçün və xeyirli əməllər tutanlara müjdə vermək üçün ərəb dilində (əvvəlkiləri) təsdiq edən bir kitabdır.
Sabirə Dünyamalıyeva:
Qurandan əvvəl də bir rəhbər və rəhmət olaraq Musanın kitabı var idi. Bax bu Quran da, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəsləri xəbərdar etmək, gözəl-yaxşı əməl işləyənlərə müjdə vermək üçün ərəbcə/ən mükəmməl ifadəylə təsdiqləyən bir kitabdır.