Məhəmməd Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət bağlarında yerləşdirər. Kafirlər isə (müvəqqəti olaraq) kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!
Bünyadov-Məmmədəliyev:
Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!
Elmir Quliyev :
Воистину, Аллах введет тех, которые уверовали и совершали праведные деяния, в Райские сады, в которых текут реки. А неверующие пользуются благами и едят, подобно скоту. Их обителью будет Огонь.
Ələddin Sultanov:
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kafirlər isə (dünya nemətlərindən) faydalanır heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah amənu olanları saleh əməl işləyənləri (nəfsini islah edənləri) altından çaylar axan cənnətlərə qoyar. Onlar ki, kafirlərdir, (dünyada) faydalanarlar heyvanların yediyi kimi yeyərlər. Atəş onların məkanıdır.
Ələsgər Musayev:
Həqiqətən, Allah daxil edər o kəsləri ki, inanırlar əməli salehdirlər, bağlara cari olur altından onun nəhrlər. o kəslər ki, kafirdirlər, mətahlanırlar yeyirlər qədər ki, davarlar yeyirlər. Od onların qayıdacaq yerləridir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah iman gətirib yaxşı işlər görənləri (ev ağaclarının) altından çaylar axan cənnət bağlara daxil edəcəkdir. Küfr edənlər isə (dünya ləzzətlərindən) bəhrələnir heyvanlar kimi yeyirlər (həyatın əsas məqsədini yemək bəhrələnmək hesab edirlər) (nəhayət) onların yeri oddur.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah iman edib saleh əməllər işləyənləri içindən çaylar axan cənnətlərə qoyacaq. İnkar edənlər isə (dünya zövqlərindən) faydalanarlar heyvanların yediyi kimi yeyərlər. Onların qalacaqları yer atəşdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirib əməlisaleh olanlan dibindən çaylar axan (cənnət) bağlarına daxil edir. Kafirlər isə (bu dünyada) ləzzət alar heyvanlar kimi yeyib-içərlər. Cəhənnəm odu onların yeridir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, iman gətirib saleh əməllər işləyən kəsləri altından çaylar axan cənnətlərə daxil edər. İnkar edən kəslər isə, bəhrələnərlər ətindən, südündən istifadə olunan heyvanların yediyi kimi yeyərlər, od da onlar üçün bir məskəndir.