Əlixan Musayev:
Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daha pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
О те, которые уверовали! Если вы беседуете с Посланником в тайне, то предварите вашу тайную беседу милостыней. Так будет лучше для вас и чище. Но если вы ничего не найдете, то ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Peyğəmbərlə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir. (Bu ayədə möminlərə Həzrət Peyğəmbərə hörmət göstərmələri, ona sual verərkən narahat etməmələri və kasıblara sədəqə vermələri tövsiyə olunmuşdur.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Rəsula gizli bir şey söylədiyiniz zaman bu söhbətdən əvvəl sədəqə təqdim edin (verin). Bu, sizin üçün daha xeyirlidir və daha təmizdir. Lakin (bir sədəqə) tapa bilməzsəniz, o təqdirdə şübhəsiz ki Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, rəsul ilə məxfi
danışırsınız, sədəqə verin danışmamışdan qabaq. Bu, sizin üçün
xeyirdir və paklıqdır. Əgər tapmasanız, həqiqətən, Allah
Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allah Rəsulu ilə xüsusi söhbət et(mək istə)diyiniz zaman, öz söhbətinizdən öncə sədəqə verin, bu, sizin üçün daha xeyirli və daha pakdır və əgər (sədəqə vermək üçün bir şey) tapmasanız (bilin ki,) Allah bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Peyğəmbər ilə baş-başa danışacağınız zaman baş-başa danışmazdan əvvəl bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Əgər (sədəqə verməyə bir şey) tapa bilməsəniz, bilin ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, əgər peyğəmbərlə təkbətək söhbət etmək istərsinizsə. söhbətdən əvvəl bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Əgər (bir şey) tapmasanız, Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Elçi ilə pıçıldaşacağınız [təklikdə danışacağınız, məxsusi məlumat alacağınız] zaman, bu pıçıldaşmadan [söhbətdən] əvvəl dərhal bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Buna baxmayaraq, əgər bir şey tapmasanız, şübhəsiz ki, Allah çox bağışlayan və çox rəhm edəndir.