Əlixan Musayev:
(Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
Bünyadov-Məmmədəliyev:
(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
Он простит вам ваши грехи, введет вас в Райские сады, в которых текут реки, и в прекрасные жилища в садах Эдема. Это — великое преуспеяние.
Ələddin Sultanov:
(Belə etsəniz,) Allah sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Böyük müvəffəqiyyət budur!
Kerbelayi Malik ağa:
Sizin günahlarınızı məğfirət edər. Sizi altından çaylar axan cənnətlərə qoyar. Sizi adn cənnətlərində gözəl məskənlərə daxil edər. Bu fevz-ül əzimdir (böyük qurtuluşdur).
Ələsgər Musayev:
O bağışlar sizin üçün
günahlarınızı və daxil edər sizi bağlara – cari olur altından onun
nəhrlər və pak məskənlərə Ədn cənnətlərində. Bu, əzəmətli
müvəffəqiyyətdir!
A.Mehdiyev və D.Cəfərli:
(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.
Kövsər Tağıyev:
(Bunu edin ki,) Allah günahlarınızı bağışlasın, sizi içindən çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə qoysun. Bax bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda Allah günahlarınızı bağışlar, sizi dibindən çaylar axan cənnət bağlarına və Ədn [cənnət] bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük qazancdır.
Sabirə Dünyamalıyeva:
Sizin günahlarınızı bağışlayar Və sizi altlarından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bax bu, böyük qurtuluşdur.