Əlixan Musayev:
Allaha və Onun Elçisinə itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir.
Bünyadov-Məmmədəliyev:
Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
Elmir Quliyev
:
Повинуйтесь Аллаху и повинуйтесь Посланнику. Если же вы отвернетесь, то ведь на Нашего Посланника возложена только ясная передача откровения.
Ələddin Sultanov:
Allaha və Peyğəmbərə itaət edin! Əgər (haqq yoldan) üz döndərsəniz, bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir.
Kerbelayi Malik ağa:
Allaha və Rəsula itaət edin! Əgər hələ üz çevirirsəniz, bundan sonra rəsulumuzun üzərində olan (məsuliyyət) sadəcə açıq-aşkar təbliğdir.
Ələsgər Musayev:
Itaət edin Allaha və itaət edin rəsula və əgər üz
döndərsəniz, həqiqətən, rəsulumuzun üzərində olan ancaq aşkar
təbliğdir.
A.Mehdiyev və D.Cəfərli:
Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq – aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu, imamətin vəzifələrindəndir. Axirət əzabı vermək də onun vəzifəsi deyildir. Çünki bu, rübubiyyət məsələlərindəndir).
Kövsər Tağıyev:
Allaha itaət edin, Peyğəmbərə də itaət edin. Əgər üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən sadəcə açıq-aşkar bir təbliğdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha itaət edin, peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz (bilin ki), peyğəmbərimizin üzərinə düşən ancaq aydın bəyan etməkdir.
Sabirə Dünyamalıyeva:
Və Allaha itaət edin, Elçiyə də itaət edin. Üz döndərsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən açıq-aşkar bir təbliğdir.