Təhrim Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini Onun Kitablarını təsdiq etdi itaət edənlərdən oldu.
Bünyadov-Məmmədəliyev:
(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi (Allaha) itaət edənlərdən oldu.
Elmir Quliyev :
А также Марьям (Марию), дочь Имрана, которая сберегла целомудрие, и Мы вдохнули в него вырез на ее одежде) от Нашего духа. Она уверовала в Слова своего Господа и Его Писания и была одной из покорных.
Ələddin Sultanov:
Allah iffətini qoruyan İmranın qızı Məryəmi misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini kitablarını təsdiq edib itaət edənlərdən oldu.
Kerbelayi Malik ağa:
İmranın qızı Məryəm çox iffətli idi. Bu səbəblə Ona Ruhumuzdan üflədik. O, Rəbbinin kəlmələrini kitablarını təsdiq etdi. O, qanitin olanlardan oldu.
Ələsgər Musayev:
Məryəm Imranın qızı, hansı ki, öz nəfsini namusunu qorudu. Üfürdük ona Öz ruhumuzdan sədaqətli oldu Rəbbinin kəlmələrilə kitabları ilə mütilərdən oldu!
A.Mehdiyev və D.Cəfərli:
Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) Onun (səmavi) kitablarını (və Lövhi - Məhfuzunu) təsdiq etdi o Allaha itaət edənlərdən idi.
Kövsər Tağıyev:
Allah namusunu möhkəm qoruyan bizim ona ruhumuzdan üfürdüyümüz, Rəbbinin kəlmələrini kitablarını təsdiq edən İmran qızı Məryəmi (inananlara) misal çəkdi. O, itaət edənlərdən idi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah) öz namusunu, ismətini qoruyan İmran qızı Məryəmin (məsəlini çəkir). Biz ona Öz ruhumuzdan üfürdük. O, öz Rəbbinin sözlərini kitablarını doğru hesab etdi itaət edənlərdən oldu.
Sabirə Dünyamalıyeva:
Allah, ismətini bir qala kimi qoruyan İmran qızı Məryəmi misal çəkdi. Biz ona vəhyimizlə az da olsa elm verdik.[#398] O da Rəbbinin sözlərini kitablarını təsdiqləyib tətbiq etdi daim ehtiram göstərənlərdən oldu.