Cin Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. (Göyə) qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
Bünyadov-Məmmədəliyev:
Biz anladıq ki, yerdə olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
Elmir Quliyev :
Мы знали, что не спасемся от Аллаха на земле и не спасемся от Него бегством.
Ələddin Sultanov:
Biz anladıq ki, yerdə, göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).
Kerbelayi Malik ağa:
Həqiqətən biz yer üzündə Allahı əsla aciz edə bilməyəcəyimizi anladıq (Ondan) qaçaraq da Onu əsla aciz edə bilmərik.
Ələsgər Musayev:
Biz zənn etdik ki, heç vaxt Allahı ərzdə aciz edə bilmərik heç vaxt qaçmaqla da aciz edə bilmərik.
A.Mehdiyev və D.Cəfərli:
«Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».
Kövsər Tağıyev:
“Şübhəsiz ki, biz Allahı yer üzündə aciz qoya bilməyəcəyimizi, qaçaraq da Onu aciz qoya bilməyəcəyimizi anladıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Düz yol göstəricisini (Quranı) eşidəndə, biz Ona iman gətirdik. Kim öz Rəbbinə iman gətirərsə, o, (mükafatının) əskildiləcəyindən, haqsızlığa məruz qalacağından qorxar.
Sabirə Dünyamalıyeva:
həqiqətən, Allahı yer üzündə əsla aciz qoya bilməyəcəyimizi, qaçmaqla da Onu əsla aciz qoya bilməyəcəyimizi yaxşıca dərk etdik.