Müzzəmmil Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Bizdə (onlar üçün) qandallar Cəhənnəm hazırlanmışdır,
Bünyadov-Məmmədəliyev:
Dərgahımızda (onlardan ötrü ağır) qandallar (alovlu) Cəhənnəm;
Elmir Quliyev :
Воистину, есть у Нас оковы и Ад,
Ələddin Sultanov:
Şübhəsiz ki, Bizim yanımızda (onlar üçün hazırlanmış) qandallar cəhənnəm vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bizim dərgahımızda (əl ayaqlara bağlanan) ağır zəncirlər alovlu atəş vardır.
Ələsgər Musayev:
Həqiqətən, ağır yüyən zəncirlər od Bizim yanımızdadır.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) şiddətlə yanan alovlu bir od vardır.
Kövsər Tağıyev:
Çünki bizim yanımızda (kafirlər üçün) buxovlar var, cəhənnəm var,
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Bizdə (onlar üçün) qandallar cəhənnəm vardır,
Sabirə Dünyamalıyeva:
Həqiqətən Bizim yanımızda qandallar; ayaqlarına vurmaq üçün dəmir həlqələr cəhənnəm var.