Qiyamə Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün qayıdış (ancaq) sənin Rəbbinə olacaqdır.
Bünyadov-Məmmədəliyev:
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
Elmir Quliyev :
В тот день возвращение будет к твоему Господу.
Ələddin Sultanov:
O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur.
Kerbelayi Malik ağa:
İzn günü qərar qılınan yer sənin Rəbbinin Hüzurudur.
Ələsgər Musayev:
Rəbbinin tərəfinədir həmin gün qərar tutacaqları yer!
A.Mehdiyev və D.Cəfərli:
O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).
Kövsər Tağıyev:
O gün duracaq yer sadəcə Rəbbinin hüzurudur.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü qərar tutulası yer ancaq Rəbbinin hüzurudur.
Sabirə Dünyamalıyeva:
O gün yalnız Rəbbinə gedib durmaq var/o gün gedib durmalı yer yalnız Rəbbinin hüzurudur.