Tövbə Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə böhtan atsalar, onlarla vuruşun, çünki onlar anda əhəmiyyət verməzlər. Bəlkə, (küfrdən )əl çəkələr.
Bünyadov-Məmmədəliyev:
Əgər əhd bağladıqdan sonra andlarını pozsalar dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!
Elmir Quliyev :
Если же они нарушат свои клятвы после заключения договора и станут посягать на вашу религию, то сражайтесь с предводителями неверия, ибо для них нет клятв. Быть может, тогда они прекратят.
Ələddin Sultanov:
Əgər müqavilə bağladıqdan sonra andlarını pozar dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan (andlarını pozan) kimsələrdir. (Onlarla vuruşsanız,) Ola bilsin ki, onlar (bu etdiklərinə) son qoyarlar.
Kerbelayi Malik ağa:
Əhdlərindən sonra əgər yəminlərini pozsalar dininiz haqqında dil uzatsalar, o təqdirdə küfrün öndərləri ilə döyüşün. Çünki onların yəminləri yoxdur. Beləcə (ümid edilər ki) vaz keçərlər.
Ələsgər Musayev:
Əgər onlar əhd bağladıqdan sonra öz andlarını pozdular dininizə tənə vurdular, onda kafirlərin imamı ilə döyüşün. Həqiqətən, onlar üçün and yoxdur, ola ki, son qoyalar!
A.Mehdiyev və D.Cəfərli:
Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.
Kövsər Tağıyev:
Əgər (bağladıqları) əhdlərindən sonra andlarını pozub dininizə dil uzadarlarsa, küfrün öndərləri ilə savaşın. Çünki onlar andlarına riayət etməyən kimsələrdir. Bəlkə (bu yanlışa) son qoyalar!
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar əhd etdikdən sonra öz andlarını pozaraq dininizi yamanlasalar - axı onlar üçün heç bir and yoxdur - onda küfrə başçılıq edənlərlə vuruşun ki, bəlkə onlar əl çəkələr.
Sabirə Dünyamalıyeva:
əgər verdikləri sözdən sonra andlarını pozsalar dininizə dil uzatsalar, [bundan] əl çəkmələri üçün küfrün [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd etməyin] başçıları ilə dərhal döyüşün. Şübhəsiz ki, onlar üçün əhd deyə bir şey yoxdur.