Nəhl Surəsi 120. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas olan bütün yaxşı cəhətlər, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).
Elmir Quliyev :
Воистину, Ибрахим (Авраам) был вождем, покорным Аллаху. Он был ханифом и не был одним из многобожников.
Ələddin Sultanov:
Həqiqətən, İbrahim Allaha itaət edən haqqa yönələn bir öndər idi. O, müşriklərdən deyildi.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, İbrahim (ə.s) Allaha hənif olaraq qanitin olan bir ümmət idi. O, müşriklərdən olmadı.
Ələsgər Musayev:
Həqiqətən, Ibrahim hənif olaraq Allaha müti olan bir ümmət idi müşriklərdən deyildi.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar itaətkar, haqqa yönələn idi heç vaxt (nə vücudda, rübubiyyətdə, ibadətdə itaətdə) müşriklərdən olmamışdı.
Kövsər Tağıyev:
Həqiqətən, İbrahim Allaha itaət edən, haqqa yönələn bir öndər idi. Allaha şərik qoşanlardan deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, İbrahim Allaha müti, hənif bir başçı idi. O, müşriklərdən deyildi.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, İbrahim səmimiyyətlə Allaha boyun əyən, şərik qoşma inancından dönmüş,