Əlixan Musayev:
Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.
Bünyadov-Məmmədəliyev:
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.
Elmir Quliyev
:
Если с вами случается хорошее, это огорчает их; если же с вами случается плохое, они радуются. Но если вы будете терпеливы и богобоязненны, то их козни не причинят вам никакого вреда. Воистину, Аллах объемлет все, что они совершают.
Ələddin Sultanov:
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
Kerbelayi Malik ağa:
Əgər sizə bir həsənət (gözəllik) toxunarsa onları kədərləndirər. Əgər sizə bir seyyiat (pislik) toxunarsa, ona sevinərlər. Əgər siz səbir etsəniz və təqva sahibi olsanız, onların hiylələri sizə heç bir şeylə zərər verə bilməz. Şübhəsiz ki, Allah onların etdiklərini (elmi ilə) əhatə edəndir (biləndir).
Ələsgər Musayev:
Əgər
toxunsa sizə yaxşılıq, təəssüf edirlər onlar. Və əgər yetişərsə
sizə pislik, fərəhlənirlər onun ilə. Əgər səbr edəsiniz və təqvalı
olasınız, zərər yetirməz sizə fəndlərinin onların şeynən.
Həqiqətən, Allah nə ilə əməl edirlər, əhatəlidir!
A.Mehdiyev və D.Cəfərli:
Siz? bir xeyir v? yaxs?l?q yetisdikd?, (bu) onlar?n hal?n? pisl?sdir?r, pislik v? narahatc?l?q yetisdikd? is? ona sad olarlar. ?g?r s?br ets?niz v? t?qval? olsan?z, onlar?n hiyl?l?ri siz? hec bir ziyan yetir? bilm?z. H?qiq?t?n Allah onlar?n etdikl?rini (elm v? qudr?ti il?) ?hat? etmisdir.
Kövsər Tağıyev:
Sizə bir yaxşılıq toxunsa, bu, onları məyus edər. Başınıza pis bir şey gəlsə, ona sevinərlər. Əgər siz səbirli olar, Allaha qarşı gəlməkdən çəkinərsinizsə, onların hiylələri sizə heç bir zərər verməz. Çünki Allah onların əməllərini əhatə etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O Sizə bir yaxşılıq olanda, bu onları qəmgin edir, sizə pis iş üz verəndə isə, buna sevinirlər. Əgər siz səbr edib özünüzü qorusanız, onların kələyi sizə heç bir ziyan gətirməz. Həqiqətən, Allah onların nə etdiklərindən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Sizə bir yaxşılıq üz verdikdə onların halı pis olar və əgər sizə bir pislik üz versə ona sevinərlər. Və əgər səbr etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, onların hiyləsi sizə qətiyyə zərər verməz. Şübhəsiz ki, Allah onları onların elə öz əməlləri ilə əhatə etmişdir.