Ənam Surəsi 120. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Günahın aşkarından da, gizlisindən əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.
Bünyadov-Məmmədəliyev:
Günahın aşkarından da, gizlisindən əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!
Elmir Quliyev :
Оставьте грехи очевидные и сокрытые. Воистину, те, которые совершают грех, получат воздаяние за то, что они совершали.
Ələddin Sultanov:
Günahın aşkar olanını da, gizli olanını da tərk edin! Şübhəsiz, günah qazanan kəslər etdikləri əməllərə görə cəzalandırılacaqlar.
Kerbelayi Malik ağa:
Günahın aşkar olanını da, gizli olanını da tərk edin. Şübhəsiz ki, günah işləyənlər qazandıqlarına görə yaxında cəzalandırılacaqlar.
Ələsgər Musayev:
olub sizə yeməyəsiniz nədən ki, üzərində yad edilib ismi Allahın, bir surətdə ki, O əlbəttə, sizə müfəssəl bəyan edib - çarəsiz olduğunuz şeylərdən başqa - sizin üçün haramdır? Həqiqətən, əksəriyyəti onların nəfslərinə uyaraq elmsizlikdən zəlalətə salarlar. Həqiqətən, Rəbbin yaxşı bilir həddən çıxanları!
A.Mehdiyev və D.Cəfərli:
Aşkar gizlin günahı (əməl qəlb günahını ya aşkarda xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
Kövsər Tağıyev:
Günahın aşkarından da əl çəkin, gizlisindən də. Çünki günah qazananlar etdiklərinin əvəzi olaraq cəzalandırılacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Günahın aşkarından da, gizlisindən əl çəkin! Həqiqətən günah qazananlar etdikləri əməllərə görə cəzalanacaqlar.
Sabirə Dünyamalıyeva:
Günahın açığını gizlisini tərk edin! Şübhəsiz ki, günah qazanan kəslər, qazanmış olduqları şeylər səbəbiylə cəzalandırılacaqlar.