Nəhl Surəsi 122. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdəndir.
Bünyadov-Məmmədəliyev:
Biz ona dünyada gözəl nemət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə (ən yüksək dərəcələrə nail olacaq) salehlərdəndir!
Elmir Quliyev :
Мы даровали ему добро в мирской жизни, а в Последней жизни он будет в числе праведников.
Ələddin Sultanov:
Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə salehlərdəndir.
Kerbelayi Malik ağa:
Ona dünyada gözəlliklər verdik. Şübhəsiz ki, O, axirətdə əlbəttə salehlərdən idi.
Ələsgər Musayev:
Biz ona dünyada yaxşılıq əta etdik həqiqətən, o, axirətdə salehlərdəndir!
A.Mehdiyev və D.Cəfərli:
ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar çoxlu sərvət) verdik əlbəttə o, axirətdə salehlərdən olacaqdır.
Kövsər Tağıyev:
Biz ona dünyada yaxşılıq nəsib etdik. Şübhəsiz, o, axirətdə salehlərdəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona bu dünyada yaxşı nemətlər bəxş etdik. Axirətdə o, əməlisalehlər arasında olacaqdır.
Sabirə Dünyamalıyeva:
Biz İbrahimə dünyada yaxşılıq-gözəllik verdik. şübhəsiz ki, o, axirətdə həqiqətən salehlərdəndir.