Nəhl Surəsi 123. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”.
Bünyadov-Məmmədəliyev:
Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” deyə vəhy etdik.
Elmir Quliyev :
Затем Мы внушили тебе: "Исповедуй религию Ибрахима (Авраама), ведь он был ханифом и не был из числа многобожников".
Ələddin Sultanov:
Sonra sənə: “Doğru yola yönələrək İbrahimin dininə tabe ol! O, müşriklərdən deyildi”, - deyə vəhy etdik.
Kerbelayi Malik ağa:
Sonra da Sənə ‘hənif olaraq İbrahimin (ə.s) dininə tabe olmağı’ vəhy etdik. O, müşriklərdən olmadı.
Ələsgər Musayev:
Sonra Biz sənə vəhy etdik: «Tabe ol hənif Ibrahim millətinə olmadı o, müşriklərdən!
A.Mehdiyev və D.Cəfərli:
Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna şirklə mübarizə üsuluna onun dininin əsaslarına şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi müşriklərdən deyildi.
Kövsər Tağıyev:
Sonra da sənə: “Haqqa yönələn İbrahimin dininə tabe ol. O, Allaha şərik qoşanlardan deyildi”, deyə vəhy etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz sənə vəhy etdik: "İbrahimin hənif dininin ardınca get! O, müşriklərdən olmayıb.
Sabirə Dünyamalıyeva:
Sonra sənə: "Küfrdən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməkdən, şərik qoşmaqdan] dönmüş bir adam olan şərik qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol" deyə vəhy etdik.