Ənam Surəsi 123. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər (bunu da) hiss etmirlər.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar.
Elmir Quliyev :
Вот так в каждом селении Мы делали старейшинами грешников, чтобы они строили там козни. Однако они строят козни только против самих себя, но не ощущают этого.
Ələddin Sultanov:
Beləliklə, hər bir məmləkətdə günahkarları öndərlər etdik ki, orada hiyləli işlər görsünlər. Halbuki onlar yalnız özlərinə qarşı hiylə edirlər, ancaq (bunu) hiss etmirlər.
Kerbelayi Malik ağa:
Beləcə hər qəsəbədə (şəhərdə) onun günahkarlarını orada hiylə işlətmələri üçün başçılar təyin etdik. Özlərindən başqasını aldatmazlar fərqinə varmazlar.
Ələsgər Musayev:
Ə, ya kim ki, meyyit idi Biz onu diri edib onun üçün nur etdik ki, onunla insanlar arasında yol gedə, məsəldə o kəs kimidir ki, zülmətdə qalıb ondan xaric ola bilmir? Beləliklə, zinət verilmiş oldu kafirlər üçün əməlləri!
A.Mehdiyev və D.Cəfərli:
Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər (bunu) dərk etmirlər.
Kövsər Tağıyev:
Beləliklə, hər məmləkətdə günahkarları oranın öndərləri etdik ki, oralarda hiyləgərlik etsinlər. Halbuki onlar hiyləgərliyi ancaq özlərinə edərlər. Amma fərqinə varmırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə hər bir diyarda oranın günahkarlarını başçılar etdik ki, orada məkrlə məşğul olsunlar. Onlar yalnız öz-özlərinə qarşı məkr işlədirlər, heç özləri bunu duymurlar.
Sabirə Dünyamalıyeva:
Biz beləcə, hər bir şəhərin əyanlarını, orada hiylələr işlətsinlər deyə oranın günahkarları etdik. Halbuki onlar, pisliyi yalnız özlərinə edirlər, amma bunu dərk etmirlər.