Əlixan Musayev:
Firon dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz.
Bünyadov-Məmmədəliyev:
Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!
Elmir Quliyev
:
Фараон сказал: "Вы уверовали в него без моего дозволения? Воистину, это — козни, которые вы задумали в городе, чтобы изгнать из него его жителей. Но скоро вы узнаете!
Ələddin Sultanov:
Firon dedi: “Mən sizə icazə vermədən ona iman gətirdiniz? Şübhəsiz ki, bu, əhalisini çıxartmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Siz (başınıza gələcək şeyləri) biləcəksiniz!
Kerbelayi Malik ağa:
Firon belə dedi: ‘Mən sizə izn vermədən əvvəl Ona imanmı etdiniz? Şübhəsiz ki, bu, şəhərdə onun xalqını oradan çıxartmağınız üçün qurduğunuz bir hiylədir (tələdir). Artıq yaxında biləcəksiniz.’
Ələsgər Musayev:
Firaun dedi: «Mən sizə izn verməmişdən qabaq Onun ilə inandınız? Həqiqətən, bu, məkrdir, şəhərdə onunla məkr edib, oradan onun əhlini xaric edəsiniz. Tezlikdə biləcəksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Firon dedi: «Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz!
Kövsər Tağıyev:
Firon: “Mən sizə izin vermədən ona iman etdiniz?” – dedi. “Şübhəsiz, bu, əhalisini oradan çıxarmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Görəcəksiniz!”
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: "Mən sizə izn verməzdən qabaq ona iman gətirdiniz? Həqiqətən, bu bir hiylədir ki, əhalisini çıxartmaq üçün onu bu şəhərdə qurdunuz. Siz biləcəksiniz!
Sabirə Dünyamalıyeva:
Firon dedi ki: "Mən sizə icazə verməmişdən əvvəl, ona iman gətirdinizmi? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz gizli bir hiylədir ki, əhalisini şəhərdən çıxarasınız. Tezliklə biləcəksiniz.