Əlixan Musayev:
Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!
Elmir Quliyev
:
О те, которые уверовали! Сражайтесь с неверующими, которые находятся вблизи вас. И пусть они убедятся в вашей суровости. И знайте, что Аллах — с богобоязненными.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə, müharibə şəraitində kafirlərdən ibarət düşmən qüvvəsinə qarşı vuruşarkən müsəlmanların mətin olmaları tələb olunur.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Kafirlərdən sizə ən yaxın olanlarla döyüşün və sizdə bir qüvvət (əzm) görsünlər! Bilin ki, Allah şübhəsiz təqva sahibləri ilə bərabərdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qətl edin o kəsləri ki,
yanınızdakı kafirlərdən. Gərək tapsınlar sizdə qəlizlik. Bilin
ki, həqiqətən, Allah müttəqilərlədir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Kafirlərdən (əvvəlcə) yaxınınızda olanlarla savaşın və sizdə bir sərtlik görsünlər. Bilin ki, Allah özünə qarşı gəlməkdən çəkinənlərlədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun! Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, həqiqətən Allah müttəqilərlədir!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! İnkar edənlərdən təhlükəərz edənlərlə döyüşün və sizdən bir sərtlik görsünlər. Və bilin ki, Allah, həqiqətən Özünün mühafizəsi altına daxil olan kəslərlədir.