Əlixan Musayev:
Şənbə günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.
Elmir Quliyev
:
Воистину, суббота была предписана только тем, кто впал в разногласия по этому поводу. Воистину, твой Господь в День воскресения рассудит между ними в том, в чем они расходились во мнениях.
Ələddin Sultanov:
Şənbə günü (ibadət etmək) yalnız onun barəsində ixtilafda olanlara fərz buyurulmuşdur. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir.
Kerbelayi Malik ağa:
Yalnız onun haqqında ixtilafa düşənlərin üzərinə şənbə günü (balıq ovlamaq yasaq) qılındı. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların arasında haqqında ixtilaf etmiş olduqları şeydə əlbəttə hökm verəcək.
Ələsgər Musayev:
Həqiqətən, altını o kəslər üçün təyin etdik
ki, onda ixtilaf etdilər və həqiqətən, Rəbbin qiyamət günü
onların arasında hökm edəcək, nədə ki, oldular onda ixtilaf
edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.
Kövsər Tağıyev:
Şənbə gününə ehtiram ancaq onda ixtilafa düşənlərə fərz buyuruldu. Şübhəsiz, Rəbbin ixtilafa düşdükləri şeylər barəsində qiyamət günü aralarında hökm verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Şənbə günü ancaq onun [həmin günün] barəsində ixtilafda olanlar üçün müəyyən edildi. Sənin Rəbbin onların ixtilafda olduqları şeylər barəsində qiyamət günü aralarında hökm verəcəkdir.
Sabirə Dünyamalıyeva:
Səbt; düşünüb-daşınma günü, ancaq, səbt/düşünüb-daşınma günü barədə ixtilafa düşən kəslər üçün qərarlaşdırıldı. Və şübhəsiz ki, sənin Rəbbin, onların öz içlərində ixtilafa düşdükləri şeylər barədə qiyamət günü onların arasında həqiqətən hökm verəcək.