Bəqərə Surəsi 124. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbi İbrahimi (bəzi) kəl-mələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara imam edəcəyəm!”– dedi. (İbrahim:) “Nəslimdən (imam et)!”– dedi. (Allah:) “Zalımlar Mənim (onlarla) əhd (bağlamağıma) nail olmazlar!”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.
Elmir Quliyev :
Вот испытал Господь Ибрахима (Авраама) повелениями, и тот выполнил их. Он сказал: сделаю тебя предводителем людей". Ибрахим (Авраам) сказал: из моего потомства". Аллах сказал: "Мой завет не коснется беззаконников".
Ələddin Sultanov:
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu.
Kerbelayi Malik ağa:
İbrahimi Rəbbi kəlmələrlə imtahan etmişdi. Nəhayət (imtahan) tamamlandıqda (Allah belə) buyurdu: ‘Şübhəsiz ki, Mən səni insanlara imam təyin edəcəyəm.’ (İbrahim ə.s): ‘Mənim nəslimdən (imamlar təyin et).’ deyincə, (Allah): ‘Mənim əhdimə (imamlıq öndərlik rəhmətimə, sənin nəslindən olan) zalımlar nail ola bilməz.’ buyurdu.
Ələsgər Musayev:
onda ki, imtahan etdi Ibrahimi Rəbbi kəlmələrlə tamamladı onları. Dedi: «Həqiqətən, Mən edəcəyəm səni insanlar üçün imam». Dedi: «Zürriyyətimdən də?» Dedi: «Nail olmaz Mənim əhdimə zalimlər».
A.Mehdiyev və D.Cəfərli:
(yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam rəhbər təyin etdim.» (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz.»
Kövsər Tağıyev:
Bir zaman Rəbbi İbrahimi bəzi əmrlərlə sınamış, İbrahim onların hamısını yerinə yetirmişdi. (Sonra) Rəbbi belə buyurmuşdu: “Mən səni insanlara öndər təyin edəcəyəm”. İbrahim də: “Soyumdan da (öndərlər çıxart, ya Rəbb!)”, demişdi. Rəbbi isə: “Mənim əhdim (verdiyim söz) zalımlara şamil olmaz”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman Rəbbi İbrahimi bəzi sözlərlə sınadı, o isə onları tam yerinə yetirdi. Allah dedi: "Səni insanlara imam (başçı) edəcəyəm." İbrahim dedi: "Bəs nəslimdən necə ?" Allah dedi: "Zalımlar Mənim əhdimə nail ola bilməzlər."
Sabirə Dünyamalıyeva:
bir zaman Rəbbi İbrahimi, bəzi sözlər/yaralar, çətinliklər ilə sınamış, o da onları tam olaraq yerinə yetirmişdi. Rəbbi, "Mən, səni insanlara başçı edənəm" demişdi. İbrahim, "Nəslimdən başçılar çıxar!" dedi. Rəbbi, "Mənim əhdim/yerinə yetirilməsi üçün verdiyim söz, öz nəfsinə haqsızlıq edən kəslərə nəsib olmaz!" dedi.