Əlixan Musayev:
Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər.
Bünyadov-Məmmədəliyev:
Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!
Elmir Quliyev
:
Когда им явилось знамение, они сказали: "Мы не уверуем, пока не получим то, что получили посланники Аллаха". Аллах лучше знает, куда поместить Свое послание. Грешников же постигнет унижение перед Аллахом и тяжкие мучения за то, что они строили козни.
Ələddin Sultanov:
Onlara bir ayə gəldiyi zaman belə deyərlər: “Allahın peyğəmbərlərinə verilənin bir bənzəri bizə də verilmədikcə, əsla iman gətirməyəcəyik!” Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar etdikləri hiyləli işlərə görə Allah dərgahında zillətə və şiddətli bir əzaba düçar olacaqlar.
Kerbelayi Malik ağa:
Onlara bir ayə gəldiyi zaman: ‘Allahın rəsullarına verilən şeyin eynisi bizə də verilmədikcə (verilənə qədər) əsla inanmarıq.’ dedilər. Risalətini kimə verəcəyini Allah ən yaxşı biləndir. Günah işlədən kəslərə etmiş olduqları hiylələr səbəbiylə yaxında Allahın hüzurunda bir zillət (rəzillik, alçaqlıq) və şiddətli əzab gələcəkdir.
Ələsgər Musayev:
Beləliklə, külli yurdda böyükləri cərimə olunmuşlar etdik ondan ötrü ki, məkr etsinlər orada. Ancaq onlar öz nəfslərinə məkr edirlər və şüursuzdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
Kövsər Tağıyev:
Onlara bir ayə gəldiyi zaman: “Allah elçilərinə verilənin bir bənzəri bizə də verilənə qədər əsla inanmayacağıq”, – deyərlər. Allah elçilik vəzifəsini kimə verəcəyini çox yaxşı bilir. Günah işləyənlərə Allah qatından bir rəzillik və etdikləri hiyləgərlik səbəbi ilə şiddətli bir əzab üz verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara bir ayə gəldikdə onlar deyərlər: "Allahın peyğəmbərinə verilənə bənzəri bizə də verilməyincə inanan deyilik". Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günah işlədənlərə etdikləri məkrlərə görə Allahın hüzurunda zillət və şiddətli əzab üz verəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və onlara bir ayə gəldiyi zaman: "Allahın elçilərinə verilən şeylər bizə də verilməsə, qətiyyən iman gətirməyəcəyik" dedilər. Allah elçilik vəzifəsini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlara, işlətdikləri hiylələrindən ötrü Allah dərgahında rəzillik və çətin bir əzab var.