Əlixan Musayev:
Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik.
Elmir Quliyev
:
Вот Мы сделали Дом (Каабу) пристанищем для людей и безопасным местом. Сделайте же место Ибрахима (Авраама) местом моления. Мы повелели Ибрахиму (Аврааму) и Исмаилу (Измаилу) очистить Мой Дом (Каабу) для совершающих обход, пребывающих , кланяющихся и падающих ниц.
Ələddin Sultanov:
Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
Kerbelayi Malik ağa:
Biz beyti (Kəbəni) insanlar üçün savab (qazanılan) və əmin-amanlıq olan (güvənli bir yer) etmişdik. Siz İbrahimin məqamını namazgah yeri edin. Biz İbrahim (ə.s) ə və İsmayıl (ə.s) ə: ‘Təvaf edənlər, akiflər (ibadət üçün qalanlar, etikafa girənlər), rüku və səcdə edənlər üçün beytimi təmiz tutsunlar.’ deyə əhd etdik.
Ələsgər Musayev:
Onda etdik Biz evi
səbəb insanlar üçün əmin-amana və götürün məqamından
Ibrahimin diləməyi Və əhd aldıq tərəfinə Ibrahimin və Ismailin
ki, təmiz edin evimi tavaf və çalışmaq və rüku-səcdə edənlər
üçün.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.
Kövsər Tağıyev:
Bir vaxt biz Kəbəni insanlar üçün toplanma və əmin-amanlıq yeri etmişdik. Siz də Məqami-İbrahimdən1 özünüzə bir namaz yeri tutun. İbrahim və İsmailə belə əmr etmişdik: “Təvaf edənlər, özünü ibadətə verənlər, rüku və səcdə edənlər üçün evimi (Kəbəni) təmiz saxlayın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir vaxt Biz Evi (Kəbəni) insanlar üçün ziyarətgah və əmin-amanlıq yer edib (dedik): "İbrahimin yerini namazgah edin !" İbrahimə və İsmailə tövsiyə edərək: "Mənim Evimi təvaf edənlər (ətrafına dolananlar) vaxtını orada (ibadətdə) keçirənlər, rüku və səcdə edib namaz qılanlar üçün (bütlərdən) təmizləyin !" dedik.
Sabirə Dünyamalıyeva:
Və Biz, bir zaman bu Beyti/ilk inşa edilən məktəbi, insanlar üçün bir savab qazanmaq/dönüş yeri və bir əmin-amanlıq yeri etmişdik. Və Biz, İbrahim ilə İsmaildən: "Gəzənlər, ibadətə çəkilənlər və boyun əyib təslim olanlar, Allahın birliyini zikr edənlər üçün Beytimi tərtəmiz saxlayın" deyə əhd almışdıq. -Siz də İbrahimin vəzifəsini icra etdiyi yerdən [özünüzə] bir səlat yeri [maddi və zehni baxımdan dəstəyin; cəmiyyəti maarifləndirmək işinin yerinə yetirilməsi üçün bir yer] tutun.-