Əlixan Musayev:
Əlbəttə, siz səbr etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.
Bünyadov-Məmmədəliyev:
Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.
Elmir Quliyev
:
Конечно, да! Если же вы будете терпеливы и богобоязненны, и если враги нападут на вас прямо сейчас, то ваш Господь поможет вам пятью тысячами меченых ангелов.
Ələddin Sultanov:
Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər.
Kerbelayi Malik ağa:
Əksinə, əgər siz səbir etsəniz və təqva sahibi olsanız və onlar sizə qəfildən gəlsələr (hücum etsələr), Rəbbiniz bu nişanəli mələklərdən beş mini ilə sizə kömək edər.
Ələsgər Musayev:
Bəli, əgər səbr edəsiniz və təqvalı olasınız və gələ sizə
hər tərəfdən onlar, bu, ümiddir sizə Rəbbiniz beş min ilə
mələkdən, nişanlanmış.
A.Mehdiyev və D.Cəfərli:
B?li, ?g?r s?br ets?niz v? t?qval? olsan?z v? onlar h?min tezlikl? v? haray-h?sirl? siz? uz tutsalar (hucum ets?l?r), R?bbiniz siz? nisan? qoyulmus bes min m?l?kl? kom?k ed?r.
Kövsər Tağıyev:
Bəli, səbir etdiyiniz və Allaha qarşı gəlməkdən çəkindiyiniz təqdirdə, onlar gözləmədiyiniz bir anda üzərinizə gəlsələr belə Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli! Əgər səbr etsəniz, Allahdan qorxsanız və onlar həmin anda üzərinizə gəlsələr, Rəbbiniz nişan vurulmuş beş min mələklə köməyinizə gələr.
Sabirə Dünyamalıyeva:
Əgər səbr etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, bəli, Rəbbiniz sizə kömək edər. Və əgər onlar üstünüzə gəlsə, Rəbbiniz sizə nişan qoyulmuş/öyrədən/göndərilən beş min xəbərçi ayə ilə kömək edər.