Tövbə Surəsi 125. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qəlbində xəstəlik olanlara gəlincə, (o surə) onların murdarlığı üstünə bir murdarlıq da artırır onlar kafir qalaraq ölürlər.
Bünyadov-Məmmədəliyev:
Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər onlar kafir olaraq ölərlər!
Elmir Quliyev :
А что касается тех, чьи сердца поражены недугом, то это добавляет сомнение к их сомнению, и поэтому они умрут неверующими.
Ələddin Sultanov:
Qəlblərində xəstəlik olanlara gəldikdə isə, bu surə onların küfrünü daha da artırar onlar kafir olaraq ölərlər.
Kerbelayi Malik ağa:
Lakin qəlblərində xəstəlik (nifaq, şübhə, inkar) olanların isə beləcə murdarlığı üstünə murdarlıq artırar. Onlar kafir olaraq ölərlər.
Ələsgər Musayev:
Amma o kəslər ki, qəlblərində mərəz var, artırır onlara rics tərəfinə ricsliklərinin ölürlər onlar kafirlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Qəlblərində (şirk, küfr nifaq) xəstəliyi olanlara gəldikdə isə, onların murdarlığının üstünə daha bir murdarlıq artırdı onlar kafir olduqları halda öldülər.»
Kövsər Tağıyev:
Qəlblərində xəstəlik olanların isə pisliklərini (küfrlərini) artırmış, beləliklə, kafir olaraq ölüb getmişlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ürəklərində mərəz olanlara gəlincə (bu surə) onların murdarlıqları üzərinə bir murdarlıq da artırar onlar kafir olaraq ölərlər.
Sabirə Dünyamalıyeva:
Qəlblərində bir xəstəlik olanlara; çürük zehniyyətli olanlara gəldikdə, onların da murdarlıqlarının içinə murdarlıq əlavə etmişdir. onlar kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] kəslər olaraq öldülər.