Taha Surəsi 126. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün sən beləcə unudulacaqsan!”
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə sən unudulacaqsan!”
Elmir Quliyev :
Аллах скажет: "Вот так! Наши знамения явились к тебе, но ты предал их забвению. Таким же образом сегодня ты сам будешь предан забвению".
Ələddin Sultanov:
Allah deyəcək: “Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən bu gün eyni şəkildə unudulursan”.
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Beləliklə, ayələrimiz sənə gəldi. Lakin sən onları unutdun. Eyni şəkildə (sənin etdiyin kimi), o gün sən unudularsan!’ dedi.
Ələsgər Musayev:
Dedi: «Beləcə gəldi sənə ayətimiz unutdun sən onu beləcə sən bu gün unudularsan!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurar: Sənə Bizim aydın ayə nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun unudulduğun kimi) onları unutdun. Sən bu gün (kor olacaq və) unudulacaqsan!
Kövsər Tağıyev:
Allah: “Bəli, elədir. Ayələrimiz sənə gəldiyi zaman sən onları unutdun. Eləcə bu gün sən unudulursan”, deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah deyəcək: "Elədir. Ayələrimiz sənə gələndən sonra sən onları unutdun. Sən bu gün belə unudulacaqsan."
Sabirə Dünyamalıyeva:
Allah deyəcək ki: "Bəli, elədir, ayələrimiz sənə gəldikdə sən onları tərk etmişdin; bu gün eyniylə sən tərk edilirsən/cəzalandırılırsan."