Əlixan Musayev:
Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbr ver və bizi müsəlman olaraq öldür”.
Bünyadov-Məmmədəliyev:
Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!”
Elmir Quliyev
:
Ты мстишь нам только за то, что мы уверовали в знамения нашего Господа, когда они явились к нам. Господь наш! Ниспошли нам терпение и умертви нас мусульманами".
Ələddin Sultanov:
Sən sadəcə olaraq Rəbbimizin möcüzələri bizə gəldiyi zaman iman gətirdik deyə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”
Kerbelayi Malik ağa:
Rəbbimizin ayələri bizə gəldiyi zaman, Ona iman etdik deyə bizdən intiqam alırsan. Rəbbim, bizə səbir yağdır və bizi təslim olmuş (ruhumuz, fizik bədənimiz, nəfsimiz və iradəmizi təslim etmiş) olaraq öldür (vəfat etdir).
Ələsgər Musayev:
Sən bizdən intiqam alırsan, ancaq ona görə ki, inandıq Rəbbimizin ayətləri ilə, amma elə ki, gəldi bizə. Rəbbimiz! Bizə səbr ver və vəfat bağışla bizə təslim olanlar kimi!»
A.Mehdiyev və D.Cəfərli:
Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyb və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbr endir və bizi müsəlman olaraq öldür.»
Kövsər Tağıyev:
“Sən sırf Rəbbimizin ayələri bizə gəldiyi zaman iman etdiyimiz üçün bizə qarşı intiqam hissi bəsləyirsən. Ey Rəbbimiz! Üzərimizə səbir yağdır və bizim canımızı müsəlman olaraq al!”
M.Qənioğlu və T.Bilaloğlu:
Sən yalnız Rəbbimizin ayələri bizə gələrkən onlara iman gətirdiyimizə görə bizdən intiqam alırsan. Rəbbimiz, üstümüzə səbr yağdır və bizi müsəlman [Allaha təslim] olaraq öldür!"
Sabirə Dünyamalıyeva:
Sənin bizi yaxalayıb cəzalandırmağın da ancaq Rəbbimizin ayələri gəldiyində onlara iman gətirməyimizə görədir." -"Ey Rəbbimiz! Bizə çox səbr ver ki yumuşalmayaq, zəiflik göstərməyək, boyun əyməyək. Canımızı da müsəlman olaraq al!"-