Əlixan Musayev:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.
Bünyadov-Məmmədəliyev:
Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!
Elmir Quliyev
:
Неужели они не видят, что каждый год они подвергаются испытанию один или два раза? Они не раскаиваются после этого и не поминают назидание.
Ələddin Sultanov:
Onlar hər il bir və ya iki dəfə (qıtlıq, xəstəlik kimi müsibətlərlə) sınandıqlarını görmürlərmi? Sonra da nə tövbə edir, nə də ibrət alırlar.
Kerbelayi Malik ağa:
Onlar ildə bir və ya iki dəfə imtahan olunduqlarını görmürlərmi? Sonra tövbə etmirlər (Allaha yönəlmirlər) və onlar zikr etmirlər.
Ələsgər Musayev:
Ə, görmürlər, həqiqətən, onlar
sınanırlar külli illərdə bir dəfə, ya iki dəfə? Sonra qayıtmırlar
və yad etmirlər?
A.Mehdiyev və D.Cəfərli:
Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla belə), nə tövbə edirlər və nə də ibrət alırlar.
Kövsər Tağıyev:
Görmürlərmi ki, onlar hər il bir-iki dəfə bəlaya düçar edilib sınanırlar? Sonra nə tövbə edirlər, nə də ibrət götürürlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar görmürlərmi ki, hər il bir və ya iki dəfə sınağa düçar edilirlər? Bununla belə, onlar nə tövbə edir, nə də bunu yadda saxlayırlar.
Sabirə Dünyamalıyeva:
Məgər onlar görmürlərmi ki, hər il bir və ya iki dəfə həqiqətən acı hadisələrlə sınanırlar? Sonra da tövbə etmir və öyüd-nəsihət almırlar.