Ali-İmran Surəsi 127. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu ona görə idi ki, Allah bununla )kafirlərin bir bölüyünü qırğına versin ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər.
Bünyadov-Məmmədəliyev:
O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.
Elmir Quliyev :
и дабы отсечь от неверующих одну часть или разгромить их так, чтобы они вернулись разочарованными.
Ələddin Sultanov:
(Həmçinin Allah) kafirlərin bir qismini məhv etsin ya onları darmadağın etsin deyə (belə etdi). Beləcə, onlar məğlub olub geri dönsünlər.
Kerbelayi Malik ağa:
(Bu yardım) kafirlərdən bir qismini həlak etmək ya onları pərişan etmək beləcə məğlubiyyətə uğrayaraq dönüb getmələri üçündür.
Ələsgər Musayev:
Qətt etmək üçün tərəfini o kəslərin ki, kafirdirlər, ya məğlub etsinlər onları qayıtsınlar müvəffəqiyyətsiz.
A.Mehdiyev və D.Cəfərli:
(V? h?mcinin bu q?l?b?ni n?sib etdi) ki, kafirl?rin b?zisinin kokunu k?ssin v? ya onlar? naumid geri qay?tmalar? ucun ?zsin.
Kövsər Tağıyev:
Bir Allah bunu, inkar edənlərdən bir qismini həlak etsin ya darmadağın etsin ki, ümidsiz olaraq dönüb getsinlər deyə etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, kafirlərin bir hissəsini [başçılarını] rüsvay etsin onlar (hər şeydən) əlləri üzülmüş halda geri dönsünlər.
Sabirə Dünyamalıyeva:
[ona görə ki] Allah kafirlərdən [Özünün məbud, rəbb olduğunu bilə-bilə inkar edənlərdən] bir qisminin kökünü kəssin yaxud onları məhv etsin [onlar da] məğlubiyyətə düçar olan kəslər olaraq geri dönsünlər.