Nisa Surəsi 127. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər. De: “Onlar barəsində (həmçinin) Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmiş (mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən qadınlar barəsində fitva (əsasında hökm çıxarılan şəri məsləhət) istəyirlər. De ki: “Onlar barəsində fitvanı sizə Allah Kitabdan (Qurandan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!
Elmir Quliyev :
Они просят тебя вынести решение относительно женщин. Скажи: "Аллах вынесет для вас решение относительно них и того, что читается вам в Писании по поводу осиротевших женщин, которым вы не даете того, что им предписано, размышляя о женитьбе на них, и по поводу слабых детей. А еще вы должны относиться к сиротам справедливо, и что бы вы ни сделали доброго, Аллаху известно об этом".
Ələddin Sultanov:
Səndən qadınlar barəsində fitva istəyirlər. De: “Verilməsi vacib olan (mirası) verməyib nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah Kitabda oxunan (ayələr) verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir işi Allah bilir.
Kerbelayi Malik ağa:
Qadınlar haqqında səndən fətva istəyirlər. De ki: ‘Allah onlar üçün yazılmış (fərz qılınmış) olduğu halda onlara vermədiyiniz haqlar evlənmək istədiyiniz yetim qızlar uşaqlardan aciz olanlar haqqında yetimlərlə ədalətlə davranmağınız haqqında Kitabdan sizə tilavət edilənlərlə (oxunan ayələrlə) sizə fətva verir. Xeyir olaraq etsəniz, o təqdirdə şübhəsiz ki, Allah onu ən yaxşı biləndir.
Ələsgər Musayev:
Səndən qadınlar barəsində fitva istəyirlər. De: «Allah fitva verir sizə onlar barəsində ki, kitabdan sizə tilavat olunanlar - yetim qadınlar barəsində ki, onlar üçün yazılmış olanı verməyərək onlarla evlənmək istəyərək zəif uşaqların barəsində - yetimlərlə insaflı olasınız. ki, fəaliyyət edəsiniz xeyirdən, həqiqətən, oldu Allah onun ilə Alim!»
A.Mehdiyev və D.Cəfərli:
Səndən qadınlar (onlarla evlənmək onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər qərara alınmış haqlarını vermədiyiniz evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə (mallarını yediyiniz) zəif aciz uşaqlar barəsində (hökm verir). (Allah sizə) yetimlərlə ədalətli insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir.
Kövsər Tağıyev:
Qadınlar haqqında səndən fətva istəyirlər. De ki: “Onlar haqqında sizə fətvanı Allah verir”. Kitabda özlərinə (verilməsi) fərz buyurulan (miras)ı vermədiyiniz evlənmək istədiyiniz yetim qızlara, aciz uşaqlara yetimlərə ədalətlə rəftar etməyiniz barəsində sizə oxunan ayələr bunu açıqlayır. xeyir görsəniz, şübhəsiz ki, Allah onu bilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən qadınlar barəsində fitva [qərar verilməsini] istəyəcəklər. De: "Qadınlar haqqında, habelə özləri üçün müəyyən edilmiş şeyləri [mirası] vermədən evlənmək istədiyiniz yetim qızlar haqqında, əlsiz-ayaqsız uşaqlar haqqında yetimlərə insaf etməniz haqqında fitvanı sizə Allah Kitabda sizin üçün oxunan (ayələr) verir.” Allah tutduğunuz hər bir xeyir əməldən, əlbəttə ki, xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Səndən o qadınlar [öhdəsindəki yetimlərə baxmalı olan qadınlar] haqqında fətva istəyirlər. De ki: "Onlar haqqında fətvanı Allah ‘onlara verilməsi vacib olanı vermədiyiniz nikahınıza almağa rəğbət etmədiyiniz qadınların yetimləri haqqında əzilmək istənən uşaqlar haqqında yetimlər üçün haqqaniyeti qorumağınız haqqında Kitabda/Quranda sizə oxunanlar’ verir. xeyir əməl işləsəniz, bilin ki, həqiqətən Allah onu ən yaxşı biləndir.