Əlixan Musayev:
Onlar üçün Rəbbinin dərgahında əmin-amanlıq yurdu hazırlanmışdır. Gördükləri (yaxşı) işlərə görə onların Himayəçisi Odur.
Bünyadov-Məmmədəliyev:
Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur).
Elmir Quliyev
:
Им уготована Обитель мира и благополучия у их Господа. Он является их Покровителем благодаря тому, что они совершали.
Ələddin Sultanov:
Onlar üçün Rəbbinin yanında əminlik yurdu (cənnət) vardır. Etdikləri (gözəl) əməllərə görə Allah onların dostudur.
Kerbelayi Malik ağa:
Rəblərinin dərgahında onlar üçün salam yurdu (təslim yurdu) vardır. Etdiklərinə görə O (Allah), onların dostudur.
Ələsgər Musayev:
Bu, yoludur Rəbbinin düz. Biz müfəssəl etdik ayətləri yad edən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
Kövsər Tağıyev:
Rəbləri qatında salam yurdu (cənnət) onlarındır. Allah etdikləri şeylərə görə onların dostudur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün öz Rəbbi dərgahında əmin-amanlıq evi [cənnət] vardır. Əməlləri sarıdan onların himayəçisi Odur!
Sabirə Dünyamalıyeva:
İşlədikləri əməllər səbəbiylə Rəbblərinin yanında rahatlıq, əmin-amanlıq və təhlükəsizlik yurdu ancaq onlara məxsusdur. Və Rəbbləri, onların köməkçisi, yol göstərəni, qoruyanıdır.